Peşəkar Mühəndislik
Hər bir layihəyə fərdi yanaşma və dəqiq hesablama.
CRE Technology 2012-ci ildən etibarən Azərbaycanda təhlükəsizlik sistemləri, avtomatlaşdırma və inteqrasiya olunmuş texnoloji həllərin tətbiqi sahəsində fəaliyyət göstərir. Şirkətimiz müasir texnologiyalar vasitəsilə biznes və yaşayış mühitini daha təhlükəsiz, effektiv və idarəolunan hala gətirməyi hədəfləyir.
Fəaliyyətimiz ərzində dövlət və özəl sektor üzrə çoxsaylı layihələr uğurla icra olunmuşdur. Təcrübəmizə əsaslanaraq kamera nəzarət sistemləri (CCTV), access control, şəbəkə həlləri, ağıllı ev və ofis sistemləri, otel və xəstəxana idarəetmə texnologiyaları, enerji idarəetməsi və sənaye avtomatlaşdırma (PLC) sahələrində kompleks xidmətlər təqdim edirik. CRE Technology müasir texnoloji trendləri və innovasiyaları izləyərək hər bir layihədə yüksək keyfiyyət, etibarlılıq və uzunmüddətli performans təmin edir. Məqsədimiz müştərilərimizə tam inteqrasiya olunmuş, dayanıqlı və effektiv texnoloji həllər təqdim etməkdir.
Texnologiyanı gündəlik həyat və iş mühitinə rahat, təhlükəsiz və intuitiv şəkildə inteqrasiya edərək müştərilərə səmərəli, etibarlı və innovativ həllər təqdim edirik.
Texnologiya və avtomatlaşdırma sahəsində regionun aparıcı şirkətinə çevrilməyi, ağıllı sistemlər və innovativ həllərlə həyat və biznesi səmərəli, təhlükəsiz, dayanıqlı etməyi hədəfləyirik.
Peşəkar mühəndislik, innovativ həllər, davamlı dəstək və təhlükəsizlik - hər layihəmizin təməli.
Hər bir layihəyə fərdi yanaşma və dəqiq hesablama.
Dünyanın ən son texnologiyalarını yerli bazara gətiririk.
Quraşdırmadan sonra tam texniki servis və zəmanət.
Sizin və biznesinizin təhlükəsizliyi bizim prioritetimizdir.